“Gəncə” klubundan Azərbaycan Voleybol Federasiyasının layihəsinə dəstək
“Gəncə” voleybol klubu Yüksək Liqanın VIII turunun UNEC-lə ev oyununu Tovuz şəhərində keçirəcək.
Bu barədə Sportaze.az saytına klubun mətbuat xidmətinin rəhbəri Səxavət Quliyev məlumat verib.
O, komandanın ölkə çempionatındakı növbəti ev matçlarından bəzilərinin də başqa bölgələrdə oynanılacağını bildirib: “Azərbaycan Voleybol Federasiyası bölgələrdə bu idman növünün inkişafı üçün böyük işlər görür. Biz də buna töhfə vermək üçün bu matçı Tovuz şəhərində keçirməyi qərara aldıq”.
Qeyd edək ki, yanvarın 13-də Tovuz Olimpiya İdman Kompleksində oynanılacaq görüş saat 16:00-da başlayacaq.
Bənzər xəbərlər
Azərbaycan Voleybol Federasiyasının prezidenti Avropa
personAdmin 01-03-24, 20:16Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov Avropa Voleybol Konfederasiyasının (CEV) rəhbəri...
Qadın voleybolçular arasında Azərbaycan çempionatında XI
personAdmin 29-01-24, 13:09Qadın voleybolçular arasında Azərbaycan çempionatında XI turun təqvimi açıqlanıb. Sportaze.az xəbər verir ki, III...
"Gəncə" klubu heyətini amerikalı voleybolçu ilə
personAdmin 23-01-24, 15:38“Gəncə” voleybol klubu heyətini yeni oyunçu ilə gücləndirib. Komanda ABŞ voleybolçusu Vanessa Elena Qarsia ilə...





