Lionel Messinin Argentina millisindəki 10 nömrəli forması əbədiləşdiriləcək
Lionel Messinin Argentina millisindəki 10 nömrəli forması əbədiləşdiriləcək.
Sportaze.az xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapia açıqlama verib.
O bildirib ki, 36 yaşlı kapitan yığma karyerasını bitirdikdən sonra geyindiyi 10 nömrəli forma heç kimə verilməyəcək: “Messidən sonra bu formanı bir daha heç kim geyinməyəcək. 10 nömrə onun şərəfinə ömürlük təqaüdə çıxacaq”.
Qeyd edək ki, Lionel Messi 2005-ci ildən bəri Argentina millisinin heyətində 180 oyunda 106 qol vurub. Cənubi Amerika komandası 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qalibi olub.
Bənzər xəbərlər
George Haci Rumıniya millisində işləməkdən imtina edib
personAdmin 29-07-24, 17:56Rumıniya futbolunun canlı əfsanəsi George Haci ölkəsinin milli komandasından gələn baş məşqçi təklifini rədd edib....
IFFHS Avropada 2023-cü ilin rəmzi komandasını açıqlayıb
personAdmin 22-01-24, 10:30Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropada 2023-cü ilin rəmzi komandasını açıqlayıb....
Kriştianu Ronaldu futbol tarixinə düşüb
personAdmin 13-03-24, 13:33Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldu tarixə...





