Azərbaycan Basketbol Liqasında sabah mövsümün çempionu müəyyənləşə bilər
Mayın 24-də "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) final seriyasında 4-cü oyun baş tutacaq.
Sportaze.az xəbər verir ki, "Sabah" və "Xəzri" komandaları arasında keçirilən final seriyasındakı ümumi hesab 2-1 "Sabah" klubunun xeyrinədir.
Əgər son çempion "Sabah", final seriyasının 4-cü görüşündə debütant "Xəzri" üzərində qələbə qazanarsa, o zaman çempionluğu bayram edəcək. "Xəzri" isə final seriyasında ümumi hesabı bərabərləşdirməyi bacarsa, final seriyası 5-ci oyuna qədər uzanacaq.
Qeyd edək ki, super seriyada 4-cü oyun 24 may saat 19:30 'da başlayacaq və CBC Sport telekanalı ilə canlı yayımlanacaq
Bənzər xəbərlər
Yığmamız Olimpiadaya hazırlığın birinci mərhələsini başa
personAdmin 18-03-24, 10:43Qadınlardan ibarət 3x3 basketbol yığmamız Serbiyadakı hazırlıqların ilkin mərhələsini yekunlaşdırıb. Sportaze.az xəbər...
“Sərhədçi” basketbol klubunda baş məşqçi dəyişikliyi olub
personAdmin 04-01-24, 13:33Mövsümün ikinci yarısına hazırlaşan “Sərhədçi” basketbol klubunda baş məşqçi dəyişikliyi baş verib. Sportaze.az kluba...
Sumqayıt səfərində "NTD-İNDİQO"dan çətin qələbə
personAdmin 12-01-24, 19:45Yanvarın 12-də Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 10 -cu turunun növbəti oyunu...





