Dünya Güləş Birliyi Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan millisini fərqləndirib
Dünya Güləş Birliyi (UWW) “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək üç ən yaxşı komandanı fərqləndirib.
Sportaze.az xəbər verir ki, siyahıda Azərbaycan millisi də yer alıb. Digərləri isə İran və ABŞ yığmalarıdır.
Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycanı yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kiloqram), Həsrət Cəfərov (67 kiloqram), Sənan Süleymanov (77 kiloqram), Rafiq Hüseynov (87 kiloqram), Sabah Şəriəti (130 kiloqram), sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kiloqram), Hacı Əliyev (65 kiloqram), Turan Bayramov (74 kiloqram), Osman Nurmaqamedov (86 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram), Georgi Meşvildişvili (125 kiloqram) və qadın güləşçi Mariya Stadnik (50 kiloqram) təmsil edəcəklər.
Bənzər xəbərlər
AMADA rəsmiləri Avropa Şurasının Təhsil üzrə Məsləhətçi
personAdmin 31-05-24, 11:29Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə...
Azərbaycanın yunan-Roma güləşçiləri reytinq turnirində
personAdmin 12-01-24, 11:12Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində bu gün yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək. Sportaze.az...
Azərbaycan boksçuları Millətlər Kubokunda 7 medal qazanıblar
personAdmin 22-01-24, 11:32Azərbaycan millisi Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında keçirilən Millətlər Kubokunda 7 medal...





