Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
Azərbaycanın iki idmançısı Macarıstanın Seqed şəhərində keçiriləcək akademik avarçəkmə üzrə Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcək.
Sportaze.az xəbər verir ki, Diana Dımçenko və Bəhmən Nəsiri yarışa qatılacaqlar.
Reqlamentə əsasən, həm kişilərin, həm də qadınların mübarizəsində “A” finalında ilk 3 yeri tutacaq avarçəkənlər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.
Yığmamızın digər üzvü Ziya Məmmədzadə isə yüngül çəkili idmançılar arasında Avropa çempionatında çıxış edəcək. Bu yarış da Seqed şəhərində baş tutacaq.
Qeyd edək ki, turnirlər 25-28 aprel aralığında təşkil olunacaq.
Bənzər xəbərlər
AMADA rəsmiləri Avropa Şurasının Təhsil üzrə Məsləhətçi
personAdmin 31-05-24, 11:29Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə...
Bakıda keçiriləcək "Böyük dəbilqə" turnirinin
personAdmin 31-01-24, 15:42Fevralın 16-18-də Milli Gimnastika Arenasında "Dünya Cüdo Turu" seriyasına daxil olan "Böyük...
Azərbaycan triatlonçusu Rostislav Pevtsov Paris-2024 Yay
personAdmin 31-07-24, 14:57Azərbaycan triatlonçusu Rostislav Pevtsov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edib....





