SPORTAZE » DİGƏR » Vüqar Həşimovun adına təsis edilən mükafatın sahibləri bəlli olub

Vüqar Həşimovun adına təsis edilən mükafatın sahibləri bəlli olub

Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun adına təsis edilən “fair-play” mükafatının 2024-cü il üzrə sahibləri məlum olub.

Azərbaycan Şahmat Federasiyasından Sportaze.az saytına verilən məlumata görə, qaliblər Niderlandın Veyk-an-Zee şəhərindəki "Tata Steel Chess" turnirində iştirak edən şahmatçıların “fair play” prinsipləri nəzərə alınmaqla elan olunub.

Vüqar Həşimov Şahmat Fondunun təsis etdiyi mükafata əsas yarışda mübarizə aparan niderlandlı Maks Varmerdam və "challenge"in iştirakçısı belçikalı Stefan Beukema layiq görülüb. Mükafatları şahmatçılara yarışın direktoru Yerun Van Den Berq təqdim edib.

Hər iki şahmatçı bu mükafata ilk dəfə layiq görülüb.

Qeyd edək ki, “Vugar Gashimov Fair Play Award” 2016-cı ildən təqdim olunur. Müxtəlif illərdə bu mükafata Maqnus Karlsen, Vişvanatan Anand, Vladimir Kramnik və digərləri sahib çıxıblar.


Bənzər xəbərlər

0 AMADA rəsmiləri CAHAMA-nın iclasında iştirak ediblər

AMADA rəsmiləri CAHAMA-nın iclasında iştirak ediblər

personAdmin 06-03-24, 15:13

Fransanın Strasburq şəhərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 63-cü...

0 Cüdoçularımız Portuqaliya Qran Pri turnirini 5 medalla başa vurublar

Cüdoçularımız Portuqaliya Qran Pri turnirini 5 medalla başa

personAdmin 29-01-24, 11:55

Portuqaliyanın Odivelas şəhərində 2024-cü ilin Dünya Cüdo Turunun ilk yarışı keçirilib. Turnirdə 90 ölkədən 624...

0 AMADA Paris Olimpiadası ərəfəsində innovativ yanaşmalar tətbiq edir

AMADA Paris Olimpiadası ərəfəsində innovativ yanaşmalar

personAdmin 23-07-24, 16:11

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Paris-2024” Yay Olimpiya və Paralimpiya Oyunları ərəfəsində...

menu
menu