Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
Serbiyanın Novi Sad şəhərində keçirilən gənclər və yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan samboçuları 7 medal qazanıblar.
Azərbaycan Sambo Federasiyasından Sportaze.az saytına verilən məlumata görə, gənclər 3 (2 gümüş və 1 bürünc), yeniyetmələr isə 4 mükafat (4 bürünc) əldə ediblər.
Gənclərdə Nicat Rəhimov (64 kq) və Xudabaxış Əliyev (71 kq) gümüş, Pünhan Göyüşov (79 kq), yeniyetmələrdə İsmayıl Əlipənahov (53 kq), Nicat Süleymanlı (64 kq), Roman Qarayev (79 kq) və Hacbaba İmaməliyev (+98 kq) bürünc medal qazanıb.
Beləliklə, Azərbaycanın sambo milliləri Avropa çempionatında 10 medal (1 qızıl, 2 gümüş, 7 bürünc) qazanıb. Xatırladaq ki, daha əvvəl böyüklərdən Elvin Bağırov (64 kq) qızıl, Nicat Məmmədli (58 kq) və Rəsul Aydəmirov (98 kq) bürünc medala yiyələniblər
Bənzər xəbərlər
Azərbaycanın idman tarixində rekord göstərici: il ərzində
personAdmin 31-12-23, 15:10Azərbaycan idmançılarının 2023-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb. Sportaze.az xəbər...
Vüqar Həşimovun adına təsis edilən mükafatın sahibləri
personAdmin 01-02-24, 12:59Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun adına təsis edilən “fair-play” mükafatının 2024-cü...
Paris-2024: Azərbaycan cüdoçusu Zelim Kotsoyev yarımfinala
personAdmin 01-08-24, 14:37Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb. Sportaze.az xəbər...





