SPORTAZE » DİGƏR » Azərbaycan taekvondo milliləri olimpiya lisenziya turnirlərinə Cənubi Koreyada hazırlaşırlar

Azərbaycan taekvondo milliləri olimpiya lisenziya turnirlərinə Cənubi Koreyada hazırlaşırlar

Kişi və qadın takevondoçulardan ibarət Azərbaycan milliləri Cənubi Koreyada təlim-məşq toplanışına start veriblər.

Sportaze.az Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq Seuldakı Milli İdman Universitetində təşkil olunur.

Kişilərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayevlə məşqçi Rəşad Abdullayevin başçılığı altında toplanışda Səyyad Dadaşov, Qaşım Maqomedov, Cavab Ağayev, Eltac Qafarov, Hamidreza Badrialiabadi və Milad Beiqi Harçeqani iştirak edirlər.

Qadınlardan ibarət yığma isə baş məşqçi Sun Mi Parkın rəhbərliyi altında hazırlıq keçir. O, məşqlərə Zemfira Həsənzadə, Məryəm Məmmədova, Minayə Əkbərova, Səmmərux Osmanova, Səidə Əliyeva və Fatimə Məcidovanı cəlb edib.

Qeyd edək ki, olimpiya lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyan toplanış yanvarın 27-dək davam edəcək.

 


Bənzər xəbərlər

0 Azərbaycan atıcıları Misirdə güclərini sınayacaqlar

Azərbaycan atıcıları Misirdə güclərini sınayacaqlar

personAdmin 24-01-24, 12:07

Atletlərimiz Nigar Nəsirova və Ruslan Lunyov ölkəmizi Misirin paytaxtı Qahirə şəhərində bu gün başlayacaq atıcılıq...

0 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb

Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb

personAdmin 12-05-24, 12:57

Atletika üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Açıq Mərkəzi Asiya çempionatının...

0 Azərbaycana dağ xizəyi üzrə beynəlxalq yarışların keçirilməsi hüququ verilib

Azərbaycana dağ xizəyi üzrə beynəlxalq yarışların

personAdmin 18-01-24, 11:04

Azərbaycan Qış İdman Növləri Federasiyasının 2023-cü ilin aprel ayında Beynəlxalq Xizək Federasiyasına (FIS)...

menu
menu