SPORTAZE » DİGƏR » Paris-2024: Bu gün Azərbaycanın daha 6 idmançısı mübarizəyə qoşulacaq

Paris-2024: Bu gün Azərbaycanın daha 6 idmançısı mübarizəyə qoşulacaq

Azərbaycanın daha altı idmançısı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.

Sportaze.az xəbər verir ki, ilk olaraq badmintonçu Keişa Fatimə Zəhra yarışa qoşulacaq.

İdmançımız N qrupundakı ikinci matçında Kirsti Gilmurla (Böyük Britaniya) üz-üzə gələcək.

Ardınca qılıncoynatma yarışları başlayacaq. Təmsilçimiz Anna Başta 1/16 finalda Hon Yu Yanla (Çin) münasibətlərinə aydınlıq gətirəcək.

Daha sonra ölkəmiz cüdo yarışlarında təmsil olunacaq. Yığmamızın lideri Hidayət Heydərov (73 kq) Tohar Butbul (Serbiya) / Messaud Dris (Əlcəzair) cütünün qalibi ilə qarşılaşacaq.

Boksçuların mübarizəsində isə Məhəmməd Abdullayev (+92 kq) Nelvi Tiafakla (Almaniya) güclünü ayırd etməyə çalışacaq.

Günün sonuna yaxın azarkeşlər yenidən badmintonçuların mübarizəsinə şahidlik edəcəklər. Kişilərin yarışında E qrupunun ilk görüşündə təmsilçimiz

Edi Reski Dviçayo Kollins Filimona (Avstriya) rəqib olacaq.

Sonda isə boksçu Malik Həsənov (63,5 kq) Laşa Quruli (Gürcüstan) ilə 1/8 final görüşünə çıxacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


Bənzər xəbərlər

0 Şahmat üzrə “Vüqar Həşimov Memorialı” bu il Şuşada keçiriləcək

Şahmat üzrə “Vüqar Həşimov Memorialı” bu il Şuşada

personAdmin 17-01-24, 13:09

Şahmat üzrə “Vüqar Həşimov Memorialı” bu il Şuşada keçiriləcək. Sportaze.az xəbər verir ki, bu barədə Gənclər və İdman...

0 Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə üçüncü yeri tutub

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə üçüncü

personAdmin 26-02-24, 10:52

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Xorvatiyanın Osiyek şəhərində 13 yaşadək idmançılar arasında keçirilən...

0 AMADA rəsmiləri Antidopinq Konvensiyasının Monitorinq Qrupunun iclasında iştirak ediblərlər

AMADA rəsmiləri Antidopinq Konvensiyasının Monitorinq

personAdmin 07-03-24, 15:37

Fransanın Strasburq şəhərində Antidopinq Konvensiyasının Monitorinq Qrupunun (T-DO) 58-ci iclası keçirilib....

menu
menu