SPORTAZE » DİGƏR » Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi təsdiqini tapıb

Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi təsdiqini tapıb

Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi təsdiqini tapıb, rəhbər heyət seçilib.

Sportaze.az saytının məlumatına görə, Bakıda keçirilən I Baş Assambleyada yeni yaradılan qurum fəaliyyətə başlayıb.

İki gün ərzində Binə Atçılıq Mərkəzində keçirilən tədbirə bütün qitələri əhatə edən 19 ölkədən 29 nümayəndə qatılıb.

I Baş Assambleyada Beynəlxalq Çövkən Federasiyasının Əsasnaməsi də təsdiqlənib.

Quruma Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev prezident seçilib. Polşanın nümayəndəsi Matsey Miçel Olbriç baş katib olub.

Eyni zamanda vitse-prezidentlər və regional qrupların rəhbərləri də müəyyənləşib. Vitse-prezident postuna Böyük Britaniyadan Anna Holl, Türkiyədən Zübeyir Bekiroğlu və Mərakeşdən Mohammed Mubdi seçiliblər.


Bənzər xəbərlər

0 Güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək

Güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək

personAdmin 09-03-24, 09:33

Martın 12-dən 15-dək Şağan Olimpiya İdman Kompleksində güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək. Sportaze.az...

0 Formula 1 Azərbaycan Qran-Prisi: "Mercedes"in pilotu 3-cü sərbəst yürüşdə birinci olub

Formula 1 Azərbaycan Qran-Prisi: "Mercedes"in

personAdmin 14-09-24, 13:36

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü baş tutub. Sportaze.az xəbər verir ki, yürüşdə 10...

0 AMADA rəsmiləri iNADO-nun illik Baş Assambleyasına qatılıblar

AMADA rəsmiləri iNADO-nun illik Baş Assambleyasına

personAdmin 14-03-24, 12:50

İsveçrənin Lozanna şəhərində Milli Antidopinq Təşkilatları İnstitutunun (iNADO) illik Baş Assambleyası keçirilib....

menu
menu