SPORTAZE » DİGƏR » Rusiyanın daha bir neçə idmançısı Fransadakı olimpiadadan imtina edib

Rusiyanın daha bir neçə idmançısı Fransadakı olimpiadadan imtina edib

Rusiyalı oxatanlar Paris-2024 Yay Olimpiya Oyunlarında iştirakdan imtina ediblər.

Sportaze.az xəbər verir ki, bu barədə Rusiya Oxçuluq Federasiyasının rəhbəri Vladimir Yeşeyev məlumat verib.

Onun sözlərinə görə, idmançılar Paris olimpiadasının təsnifat mərhələlərinə neytral statusda qatılmaq istəmirlər: "Yığmada bayraqsız və himnsiz çıxış etmək istəyən yoxdur. Xüsusən də bir çoxumuz ÇSKA-nı və "Dinamo"nu təmsil edirik. Federasiyanın İcraiyyə Komitəsi idmançıların neytral statusta iştirakını təsdiqləyib, lakin onlar özləri olimpiadaya getməyə maraq göstərmirlər".

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi ruslara və belaruslara Paris olimpiadasına neytral idmançı kimi qatılmağa icazə verib. Daha əvvəl bu ölkənin boksçuları yarışa qatılmaqdan imtina ediblər. Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək davam edəcək.


Bənzər xəbərlər

0 Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək idman gimnastları müəyyənləşib

Bakıdakı Dünya Kubokunda Azərbaycanı təmsil edəcək idman

personAdmin 27-02-24, 15:53

Bakıda keçiriləcək Dünya Kubokunda Azərbaycanı təmsil edəcək idman gimnastları müəyyənləşib. Azərbaycan Gimnastika...

0 “AGF Trophy” beynəlxalq turnirində iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

“AGF Trophy” beynəlxalq turnirində iştirak edəcək

personAdmin 11-03-24, 16:52

Bakıda keçiriləcək “AGF Trophy” beynəlxalq turnirində iştirak edəcək Azərbaycan idman gimnastları müəyyənləşib....

0 Xankəndi-Bakı ultra marafonuna start verilib

Xankəndi-Bakı ultra marafonuna start verilib

personAdmin 29-02-24, 11:07

İlk dəfə keçirilən Xankəndi–Bakı ultra marafonuna start verilib. Sportaze.az xəbər verir ki, yarışdan öncə açılış...

menu
menu