AMADA-nın yaradılmasının 7 ili tamam olur
Dekabrın 23-də Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yaradılmasının 7 ili tamam olur.
Sportaze.az xəbər verir ki, Prezident İlham Əliyevin 2016-cı ilin dekabrında imzalanmış Fərmanı ilə AMADA-nın təsis edilməsi ölkənin ədalət, dürüstlük prinsiplərinə və təmiz idman dəyərlərinə sadiqliyinin nümunəsi və dopinqlə mübarizədə dövlətin qətiyyətli iradəsinin göstəricisidir.
AMADA fəaliyyət göstərdiyi 7 il ərzində beynəlxalq standartların, qabaqcıl təcrübələrin və müasir innovativ üsulların tətbiqi ilə ölkədə dopinq nəzarəti prosesini uğurla həyata keçirir. İdmançıların sağlamlığının, onların hüquqlarının və ölkənin təmiz idman imicinin qorunması məqsədi ilə effektiv antidopinq siyasəti aparılır. Bu illər ərzində AMADA qlobal antidopinq prosesinə verdiyi töhfələrlə etibarlı tərəfdaş kimi tanınıb.
Ötən 7 il ərzində AMADA-nın həyata keçirdiyi effektiv tədbirlər öz bəhrəsini verir. Artıq peşəkar idmançılar dopinqdən istifadənin fəsadları və hüquqi nəticələri barədə daha məlumatlıdırlar. Bu baxımdan, aparılan genişmiqyaslı antidopinq maarifləndirməsi və təbliğatı xüsusi çəkiyə malikdir. Belə ki, AMADA Azərbaycanın idman ictimaiyyətini, o cümlədən peşəkar və həvəskar idmançıları, məşqçiləri, idmançıya dəstək heyətini, həkimləri və universitet tələbələrini əhatə edən müxtəlif növ təhsil proqramları icra edir.
Növbəti il üçün yeni Strateji Plan hazırlayan AMADA ölkədə antidopinq siyasətinin təkmilləşdirilməsinə töhfə verməyi, təmiz idman dəyərlərinə sadiqliyini, Ümumdünya Antidopinq Agentliyinin (WADA) tələb və standartlarına uyğunluğunu ən yüksək səviyyədə davam etdirməyi hədəfləyir.
Bənzər xəbərlər
Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana
personAdmin 31-01-24, 14:10Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstana yollanıb. Yığma məşqçilər Ceyhun Abıyev və Ravşan...
Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək
personAdmin 04-04-24, 13:29Aprelin 5-də stolüstü tennis üzrə Azərbaycan çempionatı başlayacaq. Federasiyadan Sportaze.az saytına verilən məlumata...
Azərbaycan gimnastları Yaponiyadakı Dünya Kubokuna
personAdmin 23-05-24, 16:39Yaponiyanın Yokohama şəhərində keçiriləcək aerobika gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan...





