SPORTAZE » DİGƏR » Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi olub

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi olub

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

Sportaze.az-ın məlumatına görə, tədbir Milli Gimnastika Arenasında baş tutub.

İlk olaraq iştirakçı ölkələrin bayraqları zala gətirilib. Ardından söz gənclər və idman naziri Fərid Qayıbova verilib.

Nazir iştirakçılara uğurlar arzulayıb: "Artıq neçənci ildir ki, ölkəmizdə Dünya Kuboku keçirilir. İldən-ilə iştirakçıların sayı artır. İl ərzində ən azı 3 Dünya Kubokuna ev sahibliyi edirik. Buna görə Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm".

Sonda Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, 67 ölkədən 300-ə yaxın idmançının iştirak edəcəyi Dünya Kubokuna martın 10-da yekun vurulacaq. Yarışda Azərbaycanı Nikita Simonov (halqalar), İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar, turnik), Rəsul Əhmədzadə (dəstəli at, paralel qollar), Mənsum Səfərov (turnik, sərbəst hərəkətlər), Murad Ağarzayev (sərbəst hərəkətlər) və Nazənin Teymurova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edəcəklər.

Dördgünlük yarışların yekununda ən yüksək icra xalı toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.


Bənzər xəbərlər

0 Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandasının üzvlərinin bir qrupunu təltif edib

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya

personAdmin 13-08-24, 14:12

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb....

0 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar

Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa

personAdmin 13-05-24, 18:47

Serbiyanın Novi Sad şəhərində keçirilən gənclər və yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan samboçuları 7...

0 Azərbaycanın boks millisi Avropa rekordunu təkrarlayıb

Azərbaycanın boks millisi Avropa rekordunu təkrarlayıb

personAdmin 31-05-24, 17:46

Kişi boksçulardan ibarət Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına 4-cü lisenziyasını qazanmaqla Avropa...

menu
menu