Azərbaycanın yunan-Roma güləşçiləri reytinq turnirində mübarizəyə başlayırlar
Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində bu gün yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək.
Sportaze.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanın altı idmançısı qüvvəsini sınayacaq.
Həsrət Cəfərov (67 kiloqram) ABŞ təmsilçisi Alexandro Sanço, Ülvi Qənizadə (72 kiloqram) rumıniyalı Lunqu Yulian, Xasay Həsənli (77 kiloqram) finlandiyalı Conni Kunnari Sarkinen, Sənan Süleymanov (77 kiloqram) türkiyəli Ahmet Yılmaz, İslam Abbasov (87 kiloqram) macarıstanlı İştvan Takaş ilə qarşılaşacaq. Murad Məmmədovun (63 kiloqram) rəqibi isə hələlik dəqiqləşməyib.
Qeyd edək ki, Azərbaycan idmançıları reytinq turnirində indiyədək üç bürünc medal qazanıblar. Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kiloqram) və Cəbrayıl Qadjiyev (74 kiloqram) fəxri kürsüyə qalxıblar.
Bənzər xəbərlər
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal
personAdmin 27-05-24, 12:50Azərbaycan sumoçuları Yunanıstanın Lutraki şəhərində keçirilən U-21, U-23 və böyüklər arasında Avropa çempionatında 11...
AMADA-nın yaradılmasının 7 ili tamam olur
personAdmin 23-12-23, 14:16Dekabrın 23-də Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yaradılmasının 7 ili tamam olur. Sportaze.az xəbər...
Azərbaycan cüdoçuları Belçikada 4 medal qazanıblar
personAdmin 29-01-24, 15:18Azərbaycan cüdoçuları Vise şəhərində keçirilmiş Belçika Açıq turnirində 4 medal qazanıblar. Sportaze.az xəbər verir...





