SPORTAZE » BASKETBOL » Gəncə Basketbol Liqasında altı komanda birincilik uğrunda mübarizə aparır

Gəncə Basketbol Liqasında altı komanda birincilik uğrunda mübarizə aparır


Azərbaycan Basketbol Federasiyası, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Azərbaycan Texnologiya Universiteti və “Telekom” basketbol idman klubunun birgə təşkilatçılığı ilə Gəncə Basketbol Liqasının ikinci çempionatı keçirilir.


Sportaze.az saytı xəbər verir ki, çempionatda 6 komanda iki dövrədən ibarət olmaqla yarışlara qatılıb. İki dövrənin nəticələrinə görə, ilk dörd yeri tutmuş komandalar pley-off mərhələsində güclərini sınayacaqlar. Qalibi müəyyən etmək üçün 3 qələbədən ibarət 5 matçlıq seriya oynanılacaq. 

Yarışlara Azərbaycan Texnologiya Universitetinin idman zalı ev sahibliyi edir. Ötən ilin dekabrından start götürən yarışda hazırda birinci dövrə oynanılır. Mayda yekun vurulacaq yarışın qalibinə pul mükafatı, kubok və qiymətli hədiyyələr təqdim olunacaq. 

Gəncə Basketbol Liqasının ilk çempionatında “Telekom” birinci, Regional Kollec ikinci, Azərbaycan Texnologiya Universitetinin komandası isə üçüncü olublar.

Sportaze.az saytının Gəncə bürosu 

 

 


Bənzər xəbərlər

0 “Xəzri” komandası daha bir basketbolçu ilə yollarını ayırıb

“Xəzri” komandası daha bir basketbolçu ilə yollarını ayırıb

personAdmin 22-12-23, 00:05

“Xəzri” komandası daha bir basketbolçu ilə yollarını ayırıb. Sportaze.az, paytaxt təmsilçisi Şak Qudvinlə əməkdaşlığa...

0 Azərbaycanlı basketbolçunun komandası Türkiyə Superliqasına vəsiqəni təmin edib

Azərbaycanlı basketbolçunun komandası Türkiyə Superliqasına

personAdmin 15-04-24, 16:50

Azərbaycanlı basketbolçu Orxan Aydının formasını geyindiyi “Yalovaspor” Türkiyə Superliqasına vəsiqəni təmin edib....

0 “Sərhədçi” basketbol klubunda baş məşqçi dəyişikliyi olub

“Sərhədçi” basketbol klubunda baş məşqçi dəyişikliyi olub

personAdmin 04-01-24, 13:33

Mövsümün ikinci yarısına hazırlaşan “Sərhədçi” basketbol klubunda baş məşqçi dəyişikliyi baş verib. Sportaze.az kluba...

menu
menu