DataLife Engine / Gəncə Basketbol Liqasında altı komanda birincilik uğrunda mübarizə aparır

Gəncə Basketbol Liqasında altı komanda birincilik uğrunda mübarizə aparır


Azərbaycan Basketbol Federasiyası, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Azərbaycan Texnologiya Universiteti və “Telekom” basketbol idman klubunun birgə təşkilatçılığı ilə Gəncə Basketbol Liqasının ikinci çempionatı keçirilir.


Sportaze.az saytı xəbər verir ki, çempionatda 6 komanda iki dövrədən ibarət olmaqla yarışlara qatılıb. İki dövrənin nəticələrinə görə, ilk dörd yeri tutmuş komandalar pley-off mərhələsində güclərini sınayacaqlar. Qalibi müəyyən etmək üçün 3 qələbədən ibarət 5 matçlıq seriya oynanılacaq. 

Yarışlara Azərbaycan Texnologiya Universitetinin idman zalı ev sahibliyi edir. Ötən ilin dekabrından start götürən yarışda hazırda birinci dövrə oynanılır. Mayda yekun vurulacaq yarışın qalibinə pul mükafatı, kubok və qiymətli hədiyyələr təqdim olunacaq. 

Gəncə Basketbol Liqasının ilk çempionatında “Telekom” birinci, Regional Kollec ikinci, Azərbaycan Texnologiya Universitetinin komandası isə üçüncü olublar.

Sportaze.az saytının Gəncə bürosu 

 

 


8-01-2024, 14:38
Вернуться назад