Rimas Kurtinaytis “Sabah” basketbol klubunun baş məşqçisi təyin olunub
Azərbaycan millisinin sabiq baş məşqçisi Rimas Kurtinaytis “Sabah” basketbol klubunun baş məşqçisi təyin olunub.
Sportaze.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 63 yaşlı litvalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
Avropa basketbol tarixinin ən yaxşı “shooter”lərindən hesab olunan olimpiya və Avropa çempionu oyunçu kimi “Jalgiris” (Litva), ÇSKA (Rusiya), “Real” (İspaniya) klublarının şərəfini qoruyub.
Rimas Kurtinaytis 3 dəfə Avropa Kubokunu qazanan yeganə məşqçi kimi adını tarixə yazdırıb. O, 2008/2009 mövsümündə “Letuvos Ritas” (Litva), 2011/2012 və 2014/2015 mövsümlərində isə “Ximki” (Rusiya) klubu ilə Avropa Kubokunun qalibi olub. 2010/2011 mövsümündə “Ximki” ilə VTB Liqasında çempionluğu qazanıb. Kurtinaytisin məşqçi kimi hesabında VTB Liqasında 100-dən çox qələbə var.
Litvalı basketbol mütəxəssisi 2002-2006-cı illər aralığında Bakının “Qala” klubunun baş məşqçisi olub.
Bənzər xəbərlər
Azərbaycanlı basketbolçunun komandası Türkiyə Superliqasına
personAdmin 15-04-24, 16:50Azərbaycanlı basketbolçu Orxan Aydının formasını geyindiyi “Yalovaspor” Türkiyə Superliqasına vəsiqəni təmin edib....
“Paris-2024”: Azərbaycan basketbol yığmasının təsnifat
personAdmin 23-12-23, 14:42Azərbaycanın 3x3 qadın basketbol millisinin “Paris-2024” Olimpiya oyunlarında iştirak etmək üçün qatılacağı ilk...
"Fənərbağça"nın basketbolçusu Avroliqada rekord
personAdmin 30-03-24, 13:17Türkiyənin "Fənərbağça" klubunun basketbolçusu Naycel Heys-Devis Avroliqada məhsuldarlıq rekordu...





