SPORTAZE » FUTBOL » Mehdi Hüseynzadə adına stadionda mövsümün tamaşaçı rekordu qeydə alınıb

Mehdi Hüseynzadə adına stadionda mövsümün tamaşaçı rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alınıb.

Sportaze.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, XXI turun “Sumqayıt” – “Neftçi” görüşünü 8100 izləyici seyr edib.

10 ildən sonra çempionat matçını qəbul edən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı bu göstərici 2023-2024-cü illər mövsümünün yeni rekordudur.

Bunadək rekord X turun “Turan Tovuz” - “Qarabağ” qarşılaşmasına (2:2) məxsus idi. Həmin matçı 6000 tamaşaçı izləyib.

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi” oyununda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.


Bənzər xəbərlər

0 "Qarabağ" səkkizinci dəfə ölkə kubokunda qızıl medallara sahib çıxıb

"Qarabağ" səkkizinci dəfə ölkə kubokunda qızıl

personAdmin 02-06-24, 21:49

Futbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib. Sportaze.az xəbər verir ki, həlledici final matçında...

0 "Qarabağ"ın futbolçusu Rusiyada çempionluq uğrunda oynaya biləcəklərini düşünür

"Qarabağ"ın futbolçusu Rusiyada çempionluq

personAdmin 01-04-24, 13:49

"Qarabağ"ın futbolçusu Maksim Medvedev Rusiya Premyer Liqasında çempionluq uğrunda mübarizə apara...

0 Bakıda futbol hakimləri üçün seminar keçirilib

Bakıda futbol hakimləri üçün seminar keçirilib

personAdmin 27-03-24, 17:26

AFFA tərəfindən Bakıda Azərbaycan hakimləri üçün seminar keçirilib. Sportaze. az xəbər verir ki, bu barədə milli...

menu
menu