Azərbaycan boksçusu II Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb
Azərbaycan boksçusu Şamil Əsgərov Tailandın paytaxtı Banqkokda təşkil olunan II Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb.
Sportaze.az xəbər verir ki, 57 kq çəkidə qüvvəsini sınayan idmançı 1/32 finalda Sinq-Yu Tso (Honkonq) ilə qarşılaşıb.
Döyüş Əsgərovun 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb.
O, ikinci görüşündə ilk mərhələdən azad olan Rujakran Jantronqla (Tailand) üz-üzə gələcək. Döyüş mayın 28-də baş tutacaq.
Qeyd edək ki, Azərbaycan millisi yarışda 9 boksçu ilə təmsil olunur.
Bənzər xəbərlər
FIDE 2024-cü ilin yanvar ayı üçün reytinq cədvəlini
personAdmin 01-01-24, 12:59Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2024-cü ilin yanvar ayı üçün reytinq cədvəlini açıqlayıb. Sportaze.az FIDE-nin...
Xizək fristaylının moqul növünün Azərbaycanda inkişafı
personAdmin 24-01-24, 17:07Qış idmanının inkişafı və xizək fristaylının moqul növünün Azərbaycanda təbliği məsələləri yanvarın 24-də Azərbaycan...
Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi təsdiqini
personAdmin 02-02-24, 11:58Beynəlxalq Çövkən Federasiyasının təsis edilməsi təsdiqini tapıb, rəhbər heyət seçilib. Sportaze.az saytının...





