SPORTAZE » DİGƏR » “Paris-2024”: Azərbaycan nümayəndə heyəti Vətənə qayıdıb

“Paris-2024”: Azərbaycan nümayəndə heyəti Vətənə qayıdıb

“Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan nümayəndə heyəti Vətənə qayıdıb.

Sportaze.az xəbər verir ki, onların arasında gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Azər Əliyev, digər rəsmilər, eləcə də Olimpiadanın gümüş və bürünc medallarını qazanmış idmançılar olublar.

Nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.


Bənzər xəbərlər

0 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

personAdmin 15-05-24, 11:28

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçirilib. Sportaze.az saytının məlumatına görə, kişilərin...

0 Azərbaycan güllə atıcıları Avropa çempionatında bürünc medal qazanıblar

Azərbaycan güllə atıcıları Avropa çempionatında bürünc

personAdmin 26-02-24, 17:25

Azərbaycan güllə atıcıları Leyli Əliyeva və Vladislav Kalmıkov Macarıstanın Dyör şəhərində keçirilən gənclər arasında...

0 Paris-2024: Azərbaycan atleti Anna Skidan yeddinci olub

Paris-2024: Azərbaycan atleti Anna Skidan yeddinci olub

personAdmin 06-08-24, 23:38

Azərbaycan atleti Anna Skidan “Paris-2024” Yay Olimpiya Oyunlarında çəkicatma üzrə yarışın finalında mübarizə aparıb....

menu
menu