Bakıda təşkil olunacaq Böyük Dəbilqənin vaxtı dəyişdirilib
2024-cü il 1-3 noyabrında Bakıda keçirilməsi nəzərdə tutulan Böyük Dəbilqənin vaxtı dəyişib.
Beynəlxalq Cüdo Federasiyasının (IJF) qərarına əsasən, 2024-cü il 1-3 noyabrında Bakıda keçirilməsi nəzərdə tutulan Böyük Dəbilqənin vaxtı dəyişib.
“Dünya Cüdo Turu” seriyasına daxil olan turnir 16-18 fevralda gerçəkləşəcək.
Yarış Milli Gimnastika Arenasında baş tutacaq.
Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu vaxtın dəyişdirilməsinin səbəbini açıqlayıb: “Bu tarixlərdə daha öncə Təl-Əviv Böyük Dəbilqə turnirinin keçirilməsi planlaşdırılırdı. Məlum hadisələrə görə təhlükəsizlik baxımından IJF bu yarışı təxirə saldıqdan sonra biz gələn ilin noyabrında keçirilməsi nəzərdə tutulan Böyük Dəbilqənin 16-18 fevralda olmasını təklif etdik. Buna müsbət cavab verdikləri üçün IJF-yə təşəkkürümüzü bildiririk”
O, həmçinin vurğulayıb ki, yarışın fevral ayına keçirilməsi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xallarının toplanmasına imkan verəcək: “Böyük Dəbilqə noyabrda olsaydı, Yay Olimpiya Oyunlarından sonra baş tutacağına görə iştirakçı sayı əhəmiyyətli dərəcədə azalacaqdı. Həmçinin bu yarış zamanı ev sahibi kimi hər çəkidə 4 idmançı sifariş edə biləcəyimizdən, bu da Olimpiya Oyunlarına lisenziya xallarının qazanılması baxımından müəyyən üstünlük yaradacaq”.
Bənzər xəbərlər
Bilyard üzrə Azərbaycan çempionatının mükafatçıları bəlli
personAdmin 25-06-24, 13:31Bilyardın "Pool-8" intizam növü üzrə Azərbaycan çempionatının mükafatçıları bəlli olub. Sportaze.az xəbər...
Azərbaycan boksçusu lisenziya turnirində növbəti mərhələyə
personAdmin 08-03-24, 14:50İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri davam edir. Sportaze.az xəbər verir ki,...
Azərbaycan və Gürcüstan Qolf federasiyaları əməkdaşlığa
personAdmin 06-04-24, 11:22Azərbaycan və Gürcüstan Qolf Federasiyaları arasında əməkdaşlığın və irəliləyişin təşviqinə yönəlmiş anlaşma...





