SPORTAZE » MÜSAHİBƏLƏR » Alfonso Dominqes: Azərbaycan xalqı mənə çox inandı

Alfonso Dominqes: Azərbaycan xalqı mənə çox inandı

"Azərbaycan adını təmsil etmək böyük hissdir".

Sportaze.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqes çıxışı barədə jurnalistlərə açıqlamasında deyib.

O, dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib: "Sizin dəstəyiniz sayəsində bura kimi gəldim. Azərbaycan Bayrağını təmsil etmək gözəl duyğudur. Bu ölkə mənə çox inandı və bunun qarşılığında medal qazandım. Hər birinizə minnətdaram".

Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.


Bənzər xəbərlər

0 "Gəncə" voleybol klubunun prezidenti: Azərbaycanda idmanın bu növünün inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır

"Gəncə" voleybol klubunun prezidenti:

personAdmin 06-01-24, 15:15

Ötən il komandamız Azərbaycan Yüksək Liqasında debüt etdi. Debütümüzü uğurlu adlandrmaq olar. Ölkə çempionatında ilk...

0 Rövşən Nəcəf: Azərbaycan futbolunda ilk olaraq hədəfləri müəyyənləşdirməliyik

Rövşən Nəcəf: Azərbaycan futbolunda ilk olaraq hədəfləri

personAdmin 02-04-24, 13:51

Hamının çiyin-çiyinə, əl-ələ verib Azərbaycan futbolunun inkişafı üçün işləməsi zəruridir. İlk olaraq hədəfləri...

0 Reqbi-7 üzrə Azərbaycan birinciliyi keçirlib.

Reqbi-7 üzrə Azərbaycan birinciliyi keçirlib.

personAdmin 22-11-21, 18:11

Şəki şəhər stadionunda 2010-2011-ci il təvəllüdlü idmançılar arasında Reqbi-7 üzrə Azərbaycan birinciliyi keçirilib....

menu
menu