SPORTAZE » MÜSAHİBƏLƏR » Qaşım Maqomedov: Olimpiya Oyunlarında Azərbaycan Bayrağını dalğalandırdığım üçün fəxr edirəm

Qaşım Maqomedov: Olimpiya Oyunlarında Azərbaycan Bayrağını dalğalandırdığım üçün fəxr edirəm

“Təəssüratlarım çox yaxşıdır. Təbii ki, qızıl medal qazanmaq istəyirdim. Amma gümüş mükafat da pis nəticə deyil”.

Sportaze.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında gümüş medal qazanmış Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

58 kiloqram çəki dərəcəsində fəxri kürsüyə qalxmış idmançı bildirib ki, yüksək nəticələr qazanmaq üçün hər il əzmlə çalışır: “Federasiya bu idman növünün inkişafı üçün əlindən gələni edir. İnanıram ki, taekvondo Azərbaycanda ən populyar idman növlərindən bir olacaq”.

“İdman mənim həyatımdır. Çoxdandır taekvondoda Olimpiya medalımız yox idi. Şükürlər olsun ki, bunu məhz mən bacardım. 10 ilə yaxındır buradayam. Olimpiya Oyunlarında Azərbaycan Bayrağını dalğalandırdığım üçün fəxr edirəm”, - Q.Maqomedov əlavə edib.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.


Bənzər xəbərlər

0 Fərid Qayıbov: Sevindirici haldır ki, artıq Xankəndidə idman tədbirləri keçirə bilirik

Fərid Qayıbov: Sevindirici haldır ki, artıq Xankəndidə

personAdmin 04-03-24, 17:36

Yarışda iştirak edən hər bir idmançını sonadək mübarizə apardığına görə təbrik edirəm. Sportaze.az xəbər verir ki, bu...

0 “Qarabağ”ın futbolçusu: “Braqa”nı keçib növbəti tarixi uğura imza atacağıq

“Qarabağ”ın futbolçusu: “Braqa”nı keçib növbəti tarixi

personAdmin 11-01-24, 14:20

“Qarabağ”ın braziliyalı müdafiəçisi Riçard Almeyda AZƏRTAC-ın suallarını cavablandırıb. Sportaze.az həmin müsahibəni...

0 İsveç klubunun idman direktoru: "Musa Qurbanlı 2024-cü ildə komandada qalacaq"

İsveç klubunun idman direktoru: "Musa Qurbanlı 2024-cü

personAdmin 03-01-24, 16:41

"O, 2024-cü ildə komandada qalacaq". Sportaze.az "Fotbolldirekt" nəşrinə istinadən xəbər verir ki,...

menu
menu