SPORTAZE » MÜSAHİBƏLƏR » "Qarabağ"ın futbolçusu: "Növbəti mövsümdə də çempion olmaq istəyirik"

"Qarabağ"ın futbolçusu: "Növbəti mövsümdə də çempion olmaq istəyirik"

Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ"ın futbolçusu Abbas Hüseynov "Report"un suallarını cavablandırıb.

28 yaşlı müdafiəçi mükafatlandırma mərasimindən sonra Ağdam təmsilçisində növbəti dəfə çempion olmasından, avrokuboklardakı hədəflərdən danışıb.

Cinah müdafiəçisi iki il Azərbaycan millisinə dəvət almamasına da toxunub.

- Altıncı dəfə "Qarabağ"la Azərbaycan Premyer Liqasının qalibi oldunuz. Təəssüratlarınız necədir?

- Bu ailənin bir üzvü, parçası olduğum üçün xoşbəxtəm. İnanılmaz hisslərdir. Hər azərbaycanlı futbolçuya bu anları yaşamağı arzulayıram.

- Sizcə, budəfəki çempionluq digərlərinə nisbətən daha asan başa gəldi? Digər komandalar rəqabətdə sizə çox uduzdular.

- Mən belə deməzdim. Elə oldu ki, biz yaxşı oynadıq. Məğlub olduğumuz qarşılaşmalar da var idi. Şükürlər olsun ki, vaxtından əvvəl çempionluğu təmin etdik. Növbəti ildə də bu titula sahib çıxmaq istəyirik.

- Zədənizi sağaldandan sonra baş məşqçi Qurban Qurbanov sizə start heyətində tez-tez şans verir. Növbəti mövsüm əsas "11-lik"də yer almaq üçün çalışacaqsınız?

- Qurban müəllimə bunun üçün təşəkkür edirəm. Zədədən sonra güvənir, şans verir. Mən də özümü yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni edirəm. İnanıram ki, növbəti mövsüm daha da güclənəcəyəm və əsas heyətin dəyişməz üzvü olacağam.

- İyulda avrokuboklarda mübarizəyə start verəcəksiniz. Komandanın növbəti mövsüm Avropada hədəfi nə olacaq?

- Artıq Avropada hər ölkənin komandaları futbol oynamağı bacarırlar. Əsas istəkdir. İstəyimiz olsa, yaxşı nəticələr əldə edə bilərik. Necə ki, bu mövsum bunu göstərmişik.

- Zədəyə görə iki il Azərbaycan millisindən də kənarda qalmısınız. Artıq geri dönmək haqqında düşünürsünüz?

- Əlbəttə. Növbəti ay toplanışa dəvət almaq istəyirəm. Yığmada oynamaq hər futbolçunun arzusudur. Fəxr edirəm ki, azərbaycanlıyam. Nə vaxt çağırsalar, ürəklə oynayacağam. İnanıram ki, Arif Əsədov mənə də dəvət göndərəcək. Zədədən qayıdandan sonra daha güclü olduğumu sübut etmək niyyətindəyəm.


Bənzər xəbərlər

0 "Qarabağ" sürətli oyun sərgiləyir - Berq

"Qarabağ" sürətli oyun sərgiləyir - Berq

personAdmin 24-11-21, 20:13

Sabahkı oyun bizim üçün yaxşı təcrübə olacaq. Meydanda bütün gücümüzü ortaya qoyub ən yaxşı nəticəni qazanmağa...

0 Federasiya prezidenti: Azərbaycanda bilyard idman növünü sıfırdan yaratmaq istəyirik

Federasiya prezidenti: Azərbaycanda bilyard idman növünü

personAdmin 18-01-24, 11:58

Azərbaycan Bilyard Federasiyasının prezidenti Seymur Məmmədov AZƏRTAC-ın suallarını cavablandırıb. Sportaze.az saytı...

0 Qaşım Maqomedov: Olimpiya Oyunlarında Azərbaycan Bayrağını dalğalandırdığım üçün fəxr edirəm

Qaşım Maqomedov: Olimpiya Oyunlarında Azərbaycan Bayrağını

personAdmin 13-08-24, 09:26

“Təəssüratlarım çox yaxşıdır. Təbii ki, qızıl medal qazanmaq istəyirdim. Amma gümüş mükafat da pis nəticə deyil”....

menu
menu