Nazir Fərid Qayıbov CİGEPS-in növbəti sessiyasında çıxış edib
UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) növbəti sessiyası təşkilatın Fransanın paytaxtı Parisdəki mənzil qərargahında öz işinə başlayıb.
Sportaze.az xəbər verir ki, iclasın açılış hissəsində Komitənin 2019-2023-cü illər üzrə sədri qismində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.
O, Çilinin idman nazirini bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib və qurumun son dörd il ərzindəki fəaliyyəti barədə məlumat verib.
Azərbaycanın UNESCO-nun idman gündəliyinə xüsusi töhfələr verdiyini bildirən F.Qayıbov ötən ilin 26-29 iyun tarixlərində Bakıda 110 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən MİNEPS VII konfransının uğuru haqqında danışıb, eyni zamanda “Fit for Life” təşəbbüsü çərçivəsində Azərbaycanda həyata keçirilən layihələrdən bəhs edib.
İclasda iştirak edən baş direktorun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos, Komitənin yeni sədri, Çilinin idman naziri Xayme Pizarro və bir sıra digər üzv ölkələr Azərbaycana uğurlu sədrliyə, MİNEPS VII konfransının yüksək təşkilinə görə təşəkkür ediblər.
Fərid Qayıbov Parisə səfəri çərçivəsində həmçinin UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramosla görüş keçirib. Görüşdə ölkəmizin UNESCO-dakı səfiri Elman Abdullayev də iştirak edib.
Bənzər xəbərlər
Güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək
personAdmin 09-03-24, 09:33Martın 12-dən 15-dək Şağan Olimpiya İdman Kompleksində güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək. Sportaze.az...
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
personAdmin 15-04-24, 10:58Aprelin 24-27-də üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək. Bu barədə Sportaze.az saytına Azərbaycan...
Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi
personAdmin 21-05-24, 17:42Azərbaycan minifutbol üzrə dünya çempionatına ev sahibliyi edəcək. Sportaze.az xəbər verir ki, bu barədə Azərbaycan...





