SPORTAZE » DİGƏR » Bakıdakı Olimpiya Təsnifat turnirində iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb

Bakıdakı Olimpiya Təsnifat turnirində iştirak edəcək Azərbaycan güləşçiləri açıqlanıb

Aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində Azərbaycanı 14 güləşçi təmsil dəcək.

Bu barədə Sportaze.az saytına Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Aprelin 5-də yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Millinin 4 üzvü – Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq) və Beka Kandelaki (130 kq) ilk yarış günündə olimpiadaya lisenziya qazanmağa çalışacaq.

Növbəti gün qadın güləşi üzrə millinin 5 üzvü xalça üzərinə çıxacaq. Mariya Stadnik (50 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) ölkəmizi bu növdə təmsil edəcək.

Son yarış günündə estafet sərbəst güləşçilərə keçəcək. Millinin 5 üzvü – Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq) və Georgi Meşvildişvili (125 kq) “doğma divarlar” arasında azarkeşləri sevindirməyə çalışacaq.

Xatırladaq ki, Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə 2 güləşçi Paris-2024-ə vəsiqə qazanacaq.

 


Bənzər xəbərlər

0 “Zaqreb Open”: Azərbaycanın yunan-Roma güləşçisi qızıl medal qazanıb

“Zaqreb Open”: Azərbaycanın yunan-Roma güləşçisi qızıl

personAdmin 15-01-24, 10:20

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri başa çatıb. Sportaze.az xəbər verir ki, yarışın son günündə...

0 Nazir Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Nazir Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış

personAdmin 06-02-24, 10:22

Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda...

0 Rusiyanın daha bir neçə idmançısı Fransadakı olimpiadadan imtina edib

Rusiyanın daha bir neçə idmançısı Fransadakı olimpiadadan

personAdmin 27-03-24, 18:22

Rusiyalı oxatanlar Paris-2024 Yay Olimpiya Oyunlarında iştirakdan imtina ediblər. Sportaze.az xəbər verir ki, bu...

menu
menu