Azərbaycana dağ xizəyi üzrə beynəlxalq yarışların keçirilməsi hüququ verilib
Azərbaycan Qış İdman Növləri Federasiyasının 2023-cü ilin aprel ayında Beynəlxalq Xizək Federasiyasına (FIS) ünvanladığı müraciətə əsasən, “Şahdağ” Turizm Mərkəzində aparılan yamacların homoloqasiya prosesi (yoxlanışdan keçmə) başa çatıb.
Federasiyadan Sportaze.az saytına verilən məlumata görə, FIS tərəfindən təyin edilən ekspertlər vasitəsilə həyata keçirilən prosedurların nəticəsində mərkəzə homoloqasiya sertifikatı təqdim edilib.
Buna əsasən, Şahdağ Turizm Mərkəzinə dağ xizəyinin slalom, böyük slalom və super G növü üzrə beynəlxalq yarışların keçirilməsi hüququ verilib.
Eyni zamanda, bu, həmin yarışların Beynəlxalq Xizək Federasiyasının təqviminə əlavə edilməsi imkanı yaradır.
Qeyd edək ki, homoloqasiya xizək və snoubord idmançılarının ən yüksək səviyyələrdə çıxış edə biləcəyi məkanların inkişafının vacib aspekti hesab edilir. FIS yarışlarının keçirildiyi bütün yamacların homoloqasiyadan keçirilməsi vacib amildir.
Bənzər xəbərlər
Azərbaycan nümayəndə heyəti WADA-nın illik simpoziumunda
personAdmin 13-03-24, 15:02Martın 12-13-də İsveçrənin Lozanna şəhərində Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2024-cü il üçün illik simpoziumu...
Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10
personAdmin 19-03-24, 11:29Güləş üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turnirini 10 medalla başa vurub....
AMADA-nın illik hesabatı: 1100 antidopinq testi, 7 qayda
personAdmin 28-12-23, 12:15Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) 2023-cü ilin hesabatını açıqlayıb. Sportaze.az AMADA-nın mətbuat...





