Xizəkçilərimiz Avropa çempionatında güclərini sınayacaqlar
Fransanın Flaine bölgəsində xizək alpinizmi üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.
Sportaze.az xəbər verir ki, 22 ölkədən 225 idmançının qatıldığı yarışda Azərbaycanın xizək alpinizmi üzrə milli komandası da iştirak edir.
Mərasimdə açılış nitqi ilə çıxış edən Xizək Alpinizmi üzrə Beynəlxalq Federasiyanın Avropa Konsulluğunun Prezidenti Günel Bədəlova idmançılara uğurlar arzulayıb.
Qeyd edək ki, Avropa çempionatında idmançılarımız yanvarın 10-da sprint,11-də isə vertikal növlərdə çıxış edəcəklər.
Yarış yanvarın 12-dək davam edəcək.
Bənzər xəbərlər
Milli Olimpiya Komitəsi və Azərbaycan Voleybol Federasiyası
personAdmin 29-02-24, 17:21Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Voleybol Federasiyası (AVF) arasında birgə əməkdaşlığa dair niyyət...
Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların adları
personAdmin 20-05-24, 12:46Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların adları müəyyənləşib. Sportaze.az Azərbaycan Atçılıq...
Azərbaycan gimnastika millisinin Dünya Kuboku üçün heyəti
personAdmin 11-03-24, 13:04Azərbaycan gimnastika millisinin Niderlandın Alkmaar şəhərində keçiriləcək batut gimnastikası üzrə Dünya Kuboku üçün...





