DataLife Engine / Xizəkçilərimiz Avropa çempionatında güclərini sınayacaqlar

Xizəkçilərimiz Avropa çempionatında güclərini sınayacaqlar

Fransanın Flaine bölgəsində xizək alpinizmi üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.

Sportaze.az xəbər verir ki, 22 ölkədən 225 idmançının qatıldığı yarışda  Azərbaycanın xizək alpinizmi üzrə  milli komandası da iştirak edir. 

Mərasimdə açılış nitqi ilə çıxış edən Xizək Alpinizmi üzrə Beynəlxalq Federasiyanın Avropa Konsulluğunun Prezidenti Günel Bədəlova   idmançılara uğurlar arzulayıb.

Qeyd edək ki, Avropa çempionatında idmançılarımız yanvarın 10-da sprint,11-də isə vertikal növlərdə çıxış edəcəklər.

Yarış yanvarın 12-dək davam edəcək.


8-01-2024, 11:19
Вернуться назад