Azərbaycan cüdoçuları bu il qazanılan medalların sayına görə dünya üzrə 7-ci yeri tutublar
Azərbaycan cüdoçuları 2023-cü ildə beynəlxalq yarışlarda qazanılan medal sıralamasında dünya üzrə 7-ci yeri tutublar.
Sportaze.az “judobase.ijf.org” saytına istinadən xəbər verir ki, böyüklər, gənclər, yeniyetmələr və veteranlar il ərzində ümumilikdə 207 medal əldə ediblər.
Bunun 64-ü qızıl, 47-si gümüş, 96-sı bürünc olub. Dünyanın yalnız 6 ölkəsinin cüdoçuları bu baxımdan Azərbaycanı qabaqlaya biliblər. Bunlar Fransa, Braziliya, İtaliya, Yaponiya, Qazaxıstan və Almaniyadır.
Medal sıralamasında birinci yeri 132 qızıl, 129 gümüş, 222 bürünc medalla Fransa tutub.
Bənzər xəbərlər
Azərbaycan Stronqmen Federasiyası dünya çempionatında
personAdmin 20-12-23, 20:53Rusiyanın paytaxtı Moskvada pauerliftinqin benç press növü üzrə 9-cu dünya çempionatı keçirilib. Dekabrın 16-17-də...
Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
personAdmin 12-05-24, 12:57Atletika üzrə Azərbaycan millisinin üzvləri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Açıq Mərkəzi Asiya çempionatının...
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev
personAdmin 27-05-24, 17:37Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev kişilərdən ibarət milli komandanın məşqçiləri, tibb və...





