Milli Paralimpiya Komitəsinin rəsmisi IBSA-nın icraçı direktoru təyin olunub
Azərbaycan Milli Paralimpiya Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rüfət Hacılı Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) icraçı direktoru təyin edilib.
Sportaze.az Milli Paralimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu təyinat IBSA-nın İdarə Heyətinin onlayn formatda keçirilən son iclasında reallaşıb.
Qeyd edək ki, IBSA özündə 120 ölkədən çox üzvü birləşdirən görmə məhdudiyyətli şəxslərin ən böyük idman təşkilatıdır. Assosiasiya 10 idman növünün koordinasiyası ilə məşğuldur. Bunlardan üçü paralimpiya üzrə paracüdo, qolbol və futbol idman növləridir.
Bənzər xəbərlər
Nazir Fərid Qayıbov Tacikistanın ölkəmizdəki səfiri İlhom
personAdmin 09-01-24, 10:30Gənclər və idman naziri Fərid Qayıbov yanvarın 8-də Tacikistan Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli...
Azərbaycan gimnastları Yaponiyadakı Dünya Kubokuna
personAdmin 23-05-24, 16:39Yaponiyanın Yokohama şəhərində keçiriləcək aerobika gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək Azərbaycan...
Azərbaycan Şahmat Federasiyasının daha bir hakimi A
personAdmin 05-02-24, 16:56Azərbaycan Şahmat Federasiyasının daha bir hakimi A kateqoriyalı hakim statusu alıb. Qurumdan Sportaze.az saytına...





