SPORTAZE » DİGƏR » Teymur Rəcəbov FIDE-nin reytinq siyahısında irəliləyib

Teymur Rəcəbov FIDE-nin reytinq siyahısında irəliləyib

Beynəlxalq Şahmat Federasiyası (FIDE) növbəti reytinq siyahısını açıqlayıb.

Sportaze.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Şəhriyar Məmmədyarov (2723) iki sıra geriləyərək 26-cı olub.

İki mövqe irəliləyən Teymur Rəcəbov (2723) 25-ci yerdə qərarlaşıb.

Bir pillə geriləyən Rauf Məmmədov (2651) 88-ci, yenidən "100-lüy"ə qayıdan Nicat Abasov (2641) 96-cıdır.

Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2830) başçılıq edir. Onu ABŞ-nin şərəfini qoruyan Fabiano Karuana (2804) və Hikaru Nakamura (2788) izləyir.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2449) 26-cı sıradakı yerini qoruyub. Ülviyyə Fətəliyeva (2384) 65-ci, Gövhər Beydullayeva (2374) 76-cı, Gülnar Məmmədova (2351) 100-cüdür.

Çinli Yifan Hou (2632) reytinqdə birincidir. İkinci pillədə onun həmyerlisi Venyun Yu (2559) yer alıbsa, hindistanlı Humpi Koneru (2554) üçüncüdür.


Bənzər xəbərlər

0 Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib

Azərbaycan minifutbol millisinin Avropa çempionatında

personAdmin 28-03-24, 13:47

Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək minifutbol üzrə Avropa çempionatında...

0 Azərbaycan nümayəndə heyəti WADA-nın illik simpoziumunda iştirak edib

Azərbaycan nümayəndə heyəti WADA-nın illik simpoziumunda

personAdmin 13-03-24, 15:02

Martın 12-13-də İsveçrənin Lozanna şəhərində Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2024-cü il üçün illik simpoziumu...

0 AMADA Paris Olimpiadası ərəfəsində innovativ yanaşmalar tətbiq edir

AMADA Paris Olimpiadası ərəfəsində innovativ yanaşmalar

personAdmin 23-07-24, 16:11

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Paris-2024” Yay Olimpiya və Paralimpiya Oyunları ərəfəsində...

menu
menu