“Sabah” klubunun baş məşqçisi istefa verib
“Sabah”ın baş məşqçisi Murad Musayev və klub rəhbərliyi arasında görüş keçirilib.
Sportaze.az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı rusiyalı mütəxəssis paytaxt təmsilçisindən ayrılmaqla bağlı istəyini rəhbərliyin diqqətinə çatdırıb. Baş məşqçinin klubda qazandığı nailiyyətlər nəzərə alınaraq, onun bu istəyi anlayışla qarşılanıb və müsbət cavab verilib.
Qeyd edək ki, Murad Musayev 2021-ci ilin noyabr ayından "Sabah"ın baş məşqçisi kimi çalışırdı. Komanda rusiyalı mütəxəssisin rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə , 23 məğlubiyyət). "Sabah" ölkə çempionatının 2022/2023-cü illər mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.
Bənzər xəbərlər
“Qəbələ” komandası Omar Hani ilə yollarını ayırıb
personAdmin 08-01-24, 19:26“Qəbələ” komandası futbolçusu Omar Hani ilə yollarını ayırıb. Sportaze.az xəbər verir ki, “qırmızı-qaralar”...
“Neftçi”dən ayrılan hücumçu Norveç çempionu ilə anlaşıb
personAdmin 28-03-24, 09:04Qış fasiləsində “Neftçi” ilə yollarını ayıran Aaron Olanarenin yeni klubu bəlli olub. Sportaze.az xəbər verir ki,...
“Qarabağ” klubu “Zirə”yə qalib gəlib
personAdmin 10-03-24, 19:58Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub. Sportaze.az xəbər verir ki, son oyunda çempion “Qarabağ”...





