SPORTAZE » FUTBOL » "Qarabağ"ın "Bayer 04"lə matçı ingiltərəli məşhur hakimə tapşırılıb

"Qarabağ"ın "Bayer 04"lə matçı ingiltərəli məşhur hakimə tapşırılıb

Almaniyada "Bayer 04" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.

Sportaze.az xəbər verir ki, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Entoni Teylora Qari Besvik və Adam Nunn kömək göstərəcək. Dördüncü hakim funksiyasını Endryu Madli yerinə yetirəcək. VAR-da Stüart Attvell, AVAR-da Jarred Gavan Gillett əyləşəcək.

Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.


Bənzər xəbərlər

0 AFFA və UEFA-nın “Elite Club Programme” təhsil layihəsinə yekun vurulub

AFFA və UEFA-nın “Elite Club Programme” təhsil layihəsinə

personAdmin 01-03-24, 10:17

AFFA və UEFA Akademiyasının birgə əməkdaşlığı çərçivəsində “Elite Club Programme” təhsil layihəsinin üçüncü – sonuncu...

0 Avropa Liqası: "Qarabağ"ın üç futbolçusu statistik göstəricilərdə ön sıralarda qərarlaşıb

Avropa Liqası: "Qarabağ"ın üç futbolçusu

personAdmin 23-05-24, 10:41

"Qarabağ" klubunun üç futbolçusu UEFA Avropa Liqasında 2023/2024 mövsümünün yekun statistik göstəricilərinə...

0 "Sabah" - "Makkabi" oyununa 4500 bilet satılıb

"Sabah" - "Makkabi" oyununa 4500 bilet

personAdmin 30-07-24, 13:33

"Sabah" və İsrailin "Makkabi" (Hayfa) komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının II...

menu
menu