Avropa Liqası: "Qarabağ"ın üç futbolçusu statistik göstəricilərdə ön sıralarda qərarlaşıb
"Qarabağ" klubunun üç futbolçusu UEFA Avropa Liqasında 2023/2024 mövsümünün yekun statistik göstəricilərinə görə ön sıralarda qərarlaşıb.
Sportaze.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar"ın hücumçusu Olavio Juninyo 5 qolla bombardirlər siyahısında 5-14-cü yerləri bölüşdürür.
Braziliyalı forvard "çərçivə"yə dəqiq zərbələrdə (11) 5-7-ci sıralarda yer alb.
Azərbaycan çempionunun yarımmüdafiəçisi Julio Romao ikili mübarizələrdən ən çox qalib ayrılan ikinci oyunçudur. Braziliyalı legioner yarış ərzində 28 dəfə buna müvəffəq olub.
"Qarabağ"ın qapıçısı Andrey Lunyov isə turnirdə qurtarış sayında (44) ikincidir.
Qeyd edək ki, İtaliyanın "Atalanta" klubu finalda Almaniya təmsilçisi "Bayer 04"ü üç cavabsız qolla üstələyərək UEFA Avropa Liqasının qalibi olub.
Bənzər xəbərlər
“Kəpəz”in futbolçusu Azərbaycan çempionatlarında 200-cü
personAdmin 15-04-24, 14:05“Kəpəz” klubunun futbolçusu Amil Yunanov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib. Sportaze.az Peşəkar...
Azərbaycan Kubokunda son 20 mövsümün qol rekordu qeydə
personAdmin 22-12-23, 22:48Azərbaycan Kubokunda son 20 mövsümün qol rekordu qeydə alınıb. Sportaze.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə...
Azərbaycan millisinin hücumçusu ən bahalı futbolçuların
personAdmin 03-04-24, 13:45“Transfermarkt” portalı postsovet məkanı ölkələrinin ən bahalı futbolçularının adlarını açıqlayıb. Sportaze.az xəbər...





