AFFA oyun zamanı dalaşan “Neftçi” və “Səbail”in futbolçularını cəzalandırıb
AFFA İntizam Komitəsi U-17 Liqasında keçirilən “Neftçi” – “Səbail” oyunu zamanı dalaşan hər iki komandanın bir futbolçusunu cəzalandırıb.
Sportaze.az xəbər verir ki, görüşün 90-cı dəqiqəsində yaşanan qarşıdurma zamanı “Neftçi”dən Sadiq Məmmədli, “Səbail”dən Elmar Baxşızadə bir-birilərini təpik və yumruqla vurublar.
“Səbail”in digər futbolçusu Kərim Orucov 90-cı dəqiqədə qol vurulan zaman rəqibin texniki zonası önündə qeyri-etik jest edib və qarşıdurma vaxtı rəqibi vurub. Onun komanda yoldaşı Fariz Hüseynov isə hakimi təhqir edib.
Adları sadalanan dörd futbolçunun hər biri 4 oyunluq diskvalifikasiya edilib.
“Neftçi”nin üzvü Həsən Mahmudov isə “Səbail”dəki həmkarını təhqir etdiyi üçün 3 matçlıq cəzaya məruz qalıb.
Bənzər xəbərlər
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində
personAdmin 11-03-24, 17:56“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya reytinqində irəliləyib. Sportaze.az xəbər verir ki, 52 yaşlı mütəxəssis...
Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda cavab
personAdmin 30-07-24, 10:39"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək. Sportaze.az xəbər verir ki, Qurban...
“Kəpəz”in futbolçusu Azərbaycan çempionatlarında 200-cü
personAdmin 15-04-24, 14:05“Kəpəz” klubunun futbolçusu Amil Yunanov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib. Sportaze.az Peşəkar...





