Azərbaycan Cüdo Federasiyası 31 idman təşkilatına lisenziya verib
Azərbaycan Cüdo Federasiyası (ACF) 31 idman təşkilatına 5 il müddətinə lisenziya verib.
Sportaze.az ACF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu təşkilatlar qaydalara uyğun olaraq tələb olunan sənədləri təqdim edib və müəyyən edilmiş meyarlar əsasında seçiliblər.
Federasiyanın idman direktoru Kamran Talıbov və İcraiyyə Komitəsinin üzvü Ağayar Axundzadə lisenziyanın mahiyyətindən və əhəmiyyətindən, idman təşkilatlarının öhdəliklərindən danışıb, lisenziya əldə edən idman təşkilatlarını təbrik ediblər.
Qeyd edək ki, ACF 2022-ci ilin avqustundan etibarən ölkədə fəaliyyət göstərən cüdo üzrə idman klubları, cəmiyyətləri və təşkilatlarının lisenziyalaşdırılması prosesinə start verib. Hazırda lisenziyalaşdırılmış idman təşkilatının sayı 117-dir.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları bu il qazanılan medalların sayına
personAdmin 24-12-23, 12:44Azərbaycan cüdoçuları 2023-cü ildə beynəlxalq yarışlarda qazanılan medal sıralamasında dünya üzrə 7-ci yeri tutublar....
Paris-2024: Azərbaycan güləşçisi medal görüşündə
personAdmin 07-08-24, 13:44Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanovun Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında...
Fiqurlu konkisürənimiz Litvada Avropa çempionatında iştirak
personAdmin 09-01-24, 12:21Yanvarın 10-da Litvanın Kaunas şəhərində fiqurlu konkisürmə üzrə Avropa çempionatı start götürəcək. Sportaze.az xəbər...





