SPORTAZE » DİGƏR » Formula 2: Bakıda keçirilən sprint yarışının qalibi müəyyənləşib

Formula 2: Bakıda keçirilən sprint yarışının qalibi müəyyənləşib

Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisində sprint yarışı başa çatıb.

Sportaze.az xəbər verir ki, yarışda 11 komanda mübarizə aparıb. Ən yaxşı nəticəni "PHM AIX Racing" komandasının paraqvaylı pilotu Yosua Durksen göstərib. DAMS komandasının amerikalı sürücüsü Cek Krauford ikinci, "Prema"da çıxış edən italiyalı Qabriel Mini üçüncü olub.

Ötən gün təşkil olunmuş birinci sərbəst yürüşdə "Van Amersfoort" komandasının braziliyalı pilotu Enzo Fittipaldi, sıralama turunda isə "Trident"də çıxış edən niderlandlı sürücü Riçard Versçor finişə hamıdan tez çatmışdı.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.


Bənzər xəbərlər

0 Paris-2024: Altıncı günün gündəliyi

Paris-2024: Altıncı günün gündəliyi

personAdmin 01-08-24, 09:26

Paris-2024 Yay Olimpiya Oyunları davam edir. Sportaze.az xəbər verir ki, bu gün daha 18 dəst medal sahibini tapacaq....

0 Xizək fristaylının moqul növü üzrə master-klas keçirilib

Xizək fristaylının moqul növü üzrə master-klas keçirilib

personAdmin 29-01-24, 11:48

Xizək fristaylının moqul növü üzrə master-klas 27-28 yanvar tarixlərində Qış İdman Növləri Federasiyasının və “Şahdağ”...

0 Azərbaycan bədii gimnastları Bolqarıstanda turnirə qatılacaqlar

Azərbaycan bədii gimnastları Bolqarıstanda turnirə

personAdmin 02-04-24, 14:37

Azərbaycan bədii gimnastları Leyli Ağazadə və Kamilla Seyidzadə Bolqarıstanda keçiriləcək "Sofiya Kuboku"...

menu
menu