SPORTAZE » DİGƏR » Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzinin yarış zalında keçirilən gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında ölkə çempionatının açılış mərasimi olub.

Sportaze.az xəbər verir ki, mərasimdə çıxış edənlər idmançılara uğurlar arzulayıb. Azərbaycanda idmana böyük diqqət və qayğı göstərildiyi bildirilib, bunun istər daxili, istərsə də beynəlxalq yarışlar üçün böyük stimul olduğu qeyd edilib. Azərbaycan ağırlıqqaldırmasının böyük potensial vəd etdiyi vurğulanıb və ölkəmizdə beynəlxalq yarışların keçirilməsi üçün lazımi şəraitin olduğu diqqətə çatdırılıb.

Bu yarışdan etibarən Azərbaycan çempionatı və birincilikləri üçün xüsusi mükafat fondu təyin edildiyi elan olunub. Gənclər arasında Azərbaycan birinciliyində komanda hesabında qalib gələn kollektivə 5 min manat, 2-ci və 3-cü yerin sahiblərinə, müvafiq olaraq, 3 və min manat veriləcək. Böyüklər arasında komanda hesabında ən yaxşı olan kollektiv 10 min, 2-ci olan kollektiv 5 min, 3-cü yerin sahibi isə 3 min manat mükafat alacaq.

Açılış mərasimini izləyənlər arasında Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Konflitti də olub.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Sonda Azərbaycan ağırlıqqaldırmasının inkişafında xüsusi rolları olmuş şəxslərin yubileyləri məqsədilə təltifetmə mərasimi təşkil edilib. Sabiq ağırlıqqaldıran Akif Alıyev və Əməkdar məşqçi Vahid Nəzərov 65, Beynəlxalq dərəcəli hakim Namiq Nəcəfov 70, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) sabiq prezidenti Şüa Hüseynova isə 85 yaşı münasibətilə plaketlər və xüsusi, qiymətli hədiyyələr təqdim edilib.


Bənzər xəbərlər

0 Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Dünya Kuboku üçün heyəti məlum olub

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Dünya Kuboku

personAdmin 27-03-24, 14:14

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Dünya Kuboku üçün heyəti açıqlanıb. Azərbaycan Ağırlıqqaldırma...

0 Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev milli komandanın heyəti ilə görüşüb

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev

personAdmin 27-05-24, 17:37

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev kişilərdən ibarət milli komandanın məşqçiləri, tibb və...

0 Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandasının üzvlərinin bir qrupunu təltif edib

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya

personAdmin 13-08-24, 14:12

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb....

menu
menu