Avropa Olimpiya Təsnifat turniri: İlk gündə Azərbaycanın 4 güləşçisi çıxış edəcək
Bu gün Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə start veriləcək.
Sportaze.az saytının məlumatına görə, ilk gündə yunan-Roma güləşçiləri mübarizəyə başlayacaqlar.
Turnirin birinci günündə Azərbaycanın 4 pəhləvanı qüvvəsini sınayacaq. Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaqlar.
Onlar müvafiq olaraq Aleksey Masik (Ukrayna), Turpal Bisultanov (Danimarka) və Aleksandar Styepanetiçlə (İsveç) üz-üz gələcəklər. Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kq) güləşəcək.
Qeyd edək ki, hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.
Bənzər xəbərlər
Paris-2024: Azərbaycan güləşçisi olimpiadanı medalsız başa
personAdmin 06-08-24, 22:26Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında üçüncü...
Gimnastlarımız Niderlandda qızıl medala sahib olublar
personAdmin 17-03-24, 18:49Azərbaycan batutçuları Niderlandın Alkmaar şəhərində keçirilən “Dutch Trampoline Open 2024" beynəlxalq turnirində...
Azərbaycanın yunan-Roma güləşçisi reytinq turnirinin
personAdmin 13-01-24, 13:24Azərbaycanın daha iki güləşçisi Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində çıxışlarını başa vurub. Sportaze.az...





