Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
Aprelin 24-27-də üzgüçülük üzrə açıq Azərbaycan çempionatı keçiriləcək.
Bu barədə Sportaze.az saytına Azərbaycan Üzgüçülük Federasıyasından məlumat verilib.
Bakı Su İdman sarayında təşkil olunacaq yarışda 3-cu idman dərəcəsi olan üzgüçülər iştirak edəcəklər. Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst, 50,100, 200 metr məsafələrdə arxasıüstə, brass və batterflyay üsullarda üzəcəklər.
Beynəlxalq Üzgüçülük Federasiyasının, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüçülük Federasıyasının Nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun keçiriləcək birincilikdə Bakı və Sumqayıtdan 20-yə yaxın müxtəlif klubun və idman cəmiyyətlərinin idmançıları güclərini sınayacaqlar. Bundan başqa, Gəncə, Quba, Şəki, Mingəçevir şəhərlərinin hər birindən 4-5 idmançının Azərbaycan çempionatında iştirakı artıq təsdiqlənib.
Azərbaycan Üzgüçülük Federasıyasının baş katibinin müavini Tamerlan Abdullazdə yarışın keçirilməsində məqsədin üzgüçülüyün təbliği, bu idman növünə marağın artırılması, kütləviliyin təşkili, o cümlədən 2024-cü il üçün beynəlxalq yarışlarda iştirak edəcək milli komandanın tərkibinin yenidən formalaşdırılması olduğunu bildirib: “Belə yarışların təşkili perspektivli üzgüçülərin aşkar olunmasına çöx yardımçı olur. Bölgələrdən idmançıların qatılması da çox təqdirəlayiqdir. Hesab edirik ki, mütəmadi keçirilən açıq çempionatlar və yarışlar ölkədə üzgüçülük idman növünə marağı artıracaq və həm Bakıda, həm də regionlarımzda olan yüksək potensiala malik idmançıların aşkar olunmasında mühüm rol oynayacaq”.
Bənzər xəbərlər
Azərbaycanın daha 2 boksçusu lisenziya turnirində mərhələ
personAdmin 04-03-24, 18:26İtaliyanın Busto Arsizio şəhərində boks üzrə I Dünya Olimpiya Təsnifat Turniri davam edir. Sportaze.az xəbər verir ki,...
AMADA-nın təcrübəsi milli Olimpiya komitələrinə nümunə
personAdmin 12-02-24, 11:43Beynəlxalq Test Agentliyi (ITA) “Paris-2024” Yay Olimpiya Oyunları öncəsi milli Olimpiya komitələri üçün təmiz idman...
Nazir Fərid Qayıbov Tacikistanın ölkəmizdəki səfiri İlhom
personAdmin 09-01-24, 10:30Gənclər və idman naziri Fərid Qayıbov yanvarın 8-də Tacikistan Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli...





