SPORTAZE » DİGƏR » ASAPES ilə AMADA arasında əməkdaşlıq memorandumu imzalanıb

ASAPES ilə AMADA arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) ilə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Akademiyanın mətbuat xidmətindən Sportaze.az saytına verilən məlumata görə, müqaviləni ASAPES-in rektoru Fuad Hacıyev və AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə imzalayıblar.

ASAPES-də təşkil olunan tədbirdə hər iki qurumun eyni auditoriyaya xidmət etdiyini bildirən F.Hacıyev əməkdaşlığın əhəmiyyətini yüksək qiymətləndirib: “Əsas hədəfimiz təmiz idmanı təbliğ etmək və bu istiqamətdə birgə maarifləndirmə proqramları təşkil etməkdir. İnanıram ki, yeni əməkdaşlıq ölkəmizdə təmiz idman prinsiplərinin genişlənməsinə yeni imkanlar açacaq”.

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə əməkdaşlığın birgə elmi araşdırmaların təşkil olunmasına, təmiz idman naminə yeni layihələrin gerçəkləşməsinə, uğurlu antidopinq siyasətinin təmin edilməsinə, peşəkar kadrların hazırlanması və ixtisasartırma təlimlərinə cəlb olunmasına köməklik göstərəcəyini bildirib: “Memorandum idman tibbi və fiziologiyası, eləcə də dopinq nəzarəti, idmanda dopinqə qarşı mübarizənin gücləndirilməsi və bu mövzuda maarifləndirmə sahələrinin inkişafı üzrə birgə fəaliyyət quraraq qarşılıqlı nəticələrə nail olmaq məqsədi daşıyır”.

Sonra AMADA-nın əməkdaşları ASAPES-in nəzdində fəaliyyət göstərən Elmi-tədris laboratoriyası və Media mərkəzi ilə tanış olublar.


Bənzər xəbərlər

0 Türkiyədəki beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Türkiyədəki beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan

personAdmin 06-03-24, 18:14

Martın 7-də Türkiyənin Antalya şəhərində start götürəcək “Yaşar Doğu və Vehbi Əmrə” turnirində iştirak edəcək...

0 Bakıda keçiriləcək "Böyük dəbilqə" turnirinin rəsmi posteri təqdim olunub

Bakıda keçiriləcək "Böyük dəbilqə" turnirinin

personAdmin 31-01-24, 15:42

Fevralın 16-18-də Milli Gimnastika Arenasında "Dünya Cüdo Turu" seriyasına daxil olan "Böyük...

0 "Sərhədçi" İdman Kompleksində “AFC-14” turniri keçiriləcək

"Sərhədçi" İdman Kompleksində “AFC-14” turniri

personAdmin 08-05-24, 12:34

İyunun 8-də Azərbaycan MMA və Qraplinq Federasiyası və ASED FC liqasının təşkilatçılığı ilə "Sərhədçi" İdman...

menu
menu