SPORTAZE » DİGƏR » Paris-2024: Azərbaycan atleti Anna Skidan yeddinci olub

Paris-2024: Azərbaycan atleti Anna Skidan yeddinci olub

Azərbaycan atleti Anna Skidan “Paris-2024” Yay Olimpiya Oyunlarında çəkicatma üzrə yarışın finalında mübarizə aparıb.

Sportaze.az xəbər verir ki, o, 12 idmançının yer aldığı həlledici mərhələdə ilk 3 cəhdinin yekununda 73,27 metr nəticə göstərərək 6-cı olub. Bununla da A.Skidan mübarizəni davam etdirən ilk “səkkizliy”ə düşüb. Növbəti 3 cəhdində göstəricisini yaxşılaşdıraraq 73,66 metrə çatdıran atletimiz olimpiadada 7-ci yeri tutub.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.


Bənzər xəbərlər

0 Azərbaycan bu il 91 beynəlxalq yarışa ev sahibliyi edib

Azərbaycan bu il 91 beynəlxalq yarışa ev sahibliyi edib

personAdmin 04-01-24, 23:59

Azərbaycanda 2023-cü ildə təşkil olunan beynəlxalq idman tədbirlərinın sayı açıqlanıb. Sportaze.az Gənclər və İdman...

0 Azərbaycan gimnastika millisinin Dünya Kuboku üçün heyəti açıqlanıb

Azərbaycan gimnastika millisinin Dünya Kuboku üçün heyəti

personAdmin 11-03-24, 13:04

Azərbaycan gimnastika millisinin Niderlandın Alkmaar şəhərində keçiriləcək batut gimnastikası üzrə Dünya Kuboku üçün...

0 Avropa Cüdo Birliyi Azərbaycan millisinin Avropa Kubokundakı uğuru ilə bağlı yazı dərc edib

Avropa Cüdo Birliyi Azərbaycan millisinin Avropa

personAdmin 15-04-24, 13:14

Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytı Azərbaycan cüdoçularının Almaniyanın paytaxtı Berlində keçirilən yeniyetmələr...

menu
menu