Güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinin proqramı müəyyənləşib
Güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinin proqramı müəyyənləşib.
Sportaze.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yarış aprelin 5-dən 7-dək Bakıda keçiriləcək.
Milli Gimnastika Arenasında təşkil olunacaq turnirdə hər çəkidə finala yüksələn idmançılar öz ölkələrinə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandıracaqlar.
Dünya Güləş Birliyinin (UWW) qəbul etdiyi qərara əsasən, final görüşləri keçirilməyəcək və yarımfinallarda qələbə qazanan güləşçilər Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcəklər.
Proqrama əsasən, ilk yarış günündə yunan-Roma güləşində 60, 67, 77, 87, 97 və 130, aprelin 6-da qadın güləşində 50, 53, 57, 62, 68 və 76, turnirin son günündə isə sərbəst güləşdə 57, 65, 74, 86, 97 və 125 kq-da mübarizə baş tutacaq.
I-S kateqoriyalı hakimlərin idarə edəcəyi yarışın gündüz seansı saat 10:30-da, axşam seansı isə 18:00-da başlayacaq.
Aprelin 5-də, saat 17:30-da turnirin təntənəli açılış mərasimi start götürəcək.
Yaxın günlərdə biletlər “İtickets” vasitəsi ilə satışa çıxarılacaq.
Bənzər xəbərlər
Azərbaycan millsi sumo üzrə beynəlxsalq turnirdə ikinci olub
personAdmin 15-01-24, 15:12Macarıstanın Erd şəhərində keçirilən sumo üzrə beynəlxalq turnirdə böyüklər arasında Sadiq Ağamaliyev mütləq çəkidə...
Azərbaycan sablyaçısı Paris Olimpiadasının 1/8 final
personAdmin 29-07-24, 16:39Azərbaycan qılıncoynadanı Anna Başta Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə...
Azərbaycan taekvondo milliləri olimpiya lisenziya
personAdmin 15-01-24, 14:27Kişi və qadın takevondoçulardan ibarət Azərbaycan milliləri Cənubi Koreyada təlim-məşq toplanışına start veriblər....





