Güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək
Martın 12-dən 15-dək Şağan Olimpiya İdman Kompleksində güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək.
Sportaze.az xəbər verir ki, üçüncü dəfə reallaşacaq birincilikdə sərbəst və yunan-Roma güləşi ilə yanaşı, ilk dəfə qadın güləşi üzrə də mübarizə baş tutacaq.
Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə ortaq təşkil edəcəyi yarışın ilk 2 günündə sərbəst güləşçilər çıxış edəcəklər. Çempionatın 2-ci günündə qadın güləşi üzrə qaliblər müəyyənləşəcək. Birinciliyin son 2 günündə isə yunan-Roma güləşi üzrə yarış keçiriləcək.
Beynəlxalq və milli dərəcəli hakimlərin idarə edəcəyi ölkə çempionatının görüşləri hər gün saat 10:00-da başlayacaq.
Qeyd edək ki, birincilikdə medal qazanan idmançılar müvafiq yığmalara cəlb ediləcəklər.
Bənzər xəbərlər
Olimpiadaya təsnifat xarakterli badminton yarışı Bakıda
personAdmin 15-01-24, 17:33Paris Yay Olimpiya Oyunlarına təsnifat xarakterli badminton yarışı Bakıda keçiriləcək. Azərbaycan Badminton...
Azərbaycana dağ xizəyi üzrə beynəlxalq yarışların
personAdmin 18-01-24, 11:04Azərbaycan Qış İdman Növləri Federasiyasının 2023-cü ilin aprel ayında Beynəlxalq Xizək Federasiyasına (FIS)...
Formula 2: Bakıda keçirilən sprint yarışının qalibi
personAdmin 14-09-24, 15:40Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisində sprint yarışı başa çatıb. Sportaze.az xəbər verir ki, yarışda 11...





