Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyevə UFC ulduzu ilə döyüşmək təklif olunub
Azərbaycanlı təmsilçisi Rafael Fiziyevə UFC ulduzu Dastin Porye ilə döyüşmək təklif olunub.
Sportaze.az xəbər verir ki, 30 yaşlı idmançı bu barədə "The AllStar"a müsahibəsində bildirib.
Fiziyev hazırda zədəsinin davam etdiyini söyləyib: "Menecerim zəng etdi və dedi ki, "UFC səndən Porye ilə döyüşməyini istəyir. Hazır olmadığım üçün əsəbiləşdim. Daha əvvəl mənə Londonda döyüşmək təklif olunmuşdu. Amma ertəsi gün dizimi qopardım. Porye ilə döyüşmək istəyirəm, amma dizim sağalmayıb. Nə olur-olsun, UFC-nin ardıcıl iki məğlubiyyətə rəğmən, hələ də mənə inanmasına görə xoşbəxtəm".
Qeyd edək ki, azərbaycanlı döyüşçü son qarşılaşmasında polşalı Mateuş Qamrota zədələndiyi üçün texniki nokautla yenilib.
Bənzər xəbərlər
Güləşçimiz Mariya Stadnik Paris-2024-ü medalsız başa vurub
personAdmin 06-08-24, 21:37Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız...
AMADA-nın sifarişi ilə 2023-cü ildə Azərbaycandan kənarda
personAdmin 08-02-24, 11:082023-cü ildə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) sifarişi ilə ölkədən kənarda Azərbaycanın 58...
Azərbaycan Cüdo Federasiyası 31 idman təşkilatına lisenziya
personAdmin 03-01-24, 12:49Azərbaycan Cüdo Federasiyası (ACF) 31 idman təşkilatına 5 il müddətinə lisenziya verib. Sportaze.az ACF-nin mətbuat...





