SPORTAZE » VOLEYBOL » Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunların vaxtı açıqlanıb

Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunların vaxtı açıqlanıb

Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunların vaxtı bəlli olub.

Sportaze.az xəbər verir ki, fevralın 27-də qadın voleybolçuların çempionatında XV tura start veriləcək.

UNEC Gənclər və İdman Nazirliyinin (GİN) Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq.

Fevralın 28-də lider “Azərreyl” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Abşeron”u sınağa çəkəcək. Voleybol Mərkəzində baş tutacaq matçın start fiti saat 15:00-da səslənəcək. Tura eyni gündə, saat 17:00-da başlayacaq “Gəncə” - “Murov Az Terminal” görüşü ilə yekun vurulacaq.

Kişi voleybolçuların Yüksək Liqasında isə “Neftçi” “Azərreyl”in qonağı olacaq. Voleybol Mərkəzində oynanılacaq qarşılaşma saat 18:00-da start götürəcək.

Bir gün sonra MOİK eyni məkanda “Murov Az Terminal”la qarşılaşacaq. Oyun saat 15:00-da başlayacaq.


Bənzər xəbərlər

0 Azərbaycan Yüksək Liqasında IX turun ilk oyununun vaxtı müəyyənləşib

Azərbaycan Yüksək Liqasında IX turun ilk oyununun vaxtı

personAdmin 17-01-24, 15:03

Kişi voleybolçular arasında Azərbaycan çempionatında IX turun ilk oyununun vaxtı müəyyənləşib. Sportaze.az saytı xəbər...

0 "Gəncə" klubunun məşqçilərinə sertifikatlar təqdim olunub

"Gəncə" klubunun məşqçilərinə sertifikatlar

personAdmin 30-03-24, 12:09

Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən Gəncədə təşkil olunan “Aşağı yaş qrupu məşqçilərinin inkişafı”...

0 Azərbaycanlı nümayəndə avrokubokun final oyununa təyinat alıb

Azərbaycanlı nümayəndə avrokubokun final oyununa təyinat

personAdmin 27-02-24, 11:14

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə...

menu
menu