Yüksək Liqa: "Gəncə" klubu səfərdə "Milli Aviasiya Akademiyası"na qalib gəlib
“Gəncə” voleybol klubu Azərbaycan Yüksək Liqasında növbəti qələbəsini qazanıb.Sportaze.az xəbər verir ki, Gəncə təmsilçisi çempionatın XI turunda Bakıda, GİN-in Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” VK-nın qonağı olub.
Meydan sahibləri oyuna fəal başlayıblar və ilk seti 26:24 hesabı ilə üstün başa vurublar. Ardıcıl iki setdə “Gəncə” VK 25:19 və 25:15 hesabı ilə qalib gələrək hesabda önə keçib. Dördüncü setdə “Milli Aviasiya Akademiyası” VK üstün oyun nümayiş etdirib – 25:19. Oyunun qalibi tay-brekdə müəyyənləşib. Həlledici setdə 15:11 hesablı qələbə qazanan “Gəncə” səfər oyunundan qalib ayrılıb – 3:2.
Xallarının sayını 26-ya çatdıran (9 qələbə) “Murov Az Terminal” turnir cədvəlində liderliyə yüksəlib. “Azərreyl” 24 xalla (8 qələbə) ikinci, “Abşeron” 21 xalla (7 qələbə) üçüncü, “Gəncə” 15 xalla (5 qələbə) dördüncü, “Milli Aviasiya Akademiyası” 10 xalla (3 qələbə) beşinci, qələbəsi və xalı olmayan UNEC isə sonuncu pillədədir.
Bənzər xəbərlər
"Gəncə” klubunun prezidenti Türkiyənin Gəncə
personAdmin 08-03-24, 18:33“Gəncə” voleybol klubunun prezidenti Elvar Osmanov Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop ilə görüşüb....
Azərbaycan Voleybol Federasiyasının rəsmisi Türkiyə
personAdmin 13-03-25, 13:10Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin...
"Gəncə" klubu yeni məşqçi ilə anlaşıb
personAdmin 25-06-24, 11:30Qadın voleybolçulardan ibarət "Gəncə" klubu yeni məşqçi ilə anlaşıb. Bu barədə Sportaze.az saytına bölgə...





