SPORTAZE » VOLEYBOL » Azərbaycanda 8 Regional Voleybol Klubu klubu yaradılıb

Azərbaycanda 8 Regional Voleybol Klubu klubu yaradılıb

Azərbaycanda 8 Regional Voleybol Klubu (RVK) klubu yaradılıb.

Sportaze.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat yayıb.

Qərar AVF-nin İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul olunub. Tədbirdə federasiya prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvləri, yüksək liqa komandalarının, Regional Voleybol Klublarının rəhbərləri və federasiyanın digər əməkdaşları iştirak ediblər.

Ş.Bağırov hər kəsi salamlayıb, müzakirəyə çıxarılacaq məsələləri diqqətə çatdırıb. Sonra F.Orucov gündəlikdə duran birinci məsələ ilə bağlı ətraflı məlumat verib. Baş katib bildirib ki, bölgələrdə voleybolun inkişafı, aşağı yaş qruplarının yaradılması, gənc qız və oğlanların sağlam həyat tərzinin təmin olunması məqsədilə 8 RVK yaradılıb.

Bu gün yüzlərlə yeniyetmə paytaxtda və bölgələrdə voleybolla məşğul olur. Onların gələcəkdə klublarda çıxış etməsi və milli komandalara cəlb olunmasının vacibliyini vurğulayan F.Orucov bu məqsədlə RVK-lar və Yüksək Liqada çıxış edən klublar arasında müqavilələr imzalanacağını bildirib. Ardınca klub və RVK rəhbərləri bu məsələ ilə bağlı rəsmi sənədləri imzalayıblar.

Beləliklə, “Sumqayıt RVK” (qız), “Şərqi Zəngəzur RVK” (qız) “Abşeron VK”nın, “Bakı RVK” (qız, oğlan), “Oğuz RVK” (qız, oğlan), “Sumqayıt RVK” (oğlan) “Azərreyl VK”nın, “Naxçıvan VF” (oğlan), “Şərqi Zəngəzur RVK” (oğlan), “Tovuz RVK” (qız, oğlan), “Hacıqabul RVK” (qız, oğlan) "Murov Az Terminal VK”nın, “Gəncə RVK“ (oğlan) “Neftçi VK”nın, “Naxçıvan VF” (qız) “Milli Aviasiya Akademiyası VK”nın, “Gəncə RVK” (qız) isə “Gəncə VK”nın nəzarətinə verilib.

Tədbirdə bu layihənin həm klub, həm də RVK-lar üçün böyük əhəmiyyət kəsb etdiyi, həmçinin Azərbaycan voleybolu üçün uğurlu olacağı bildirilib. Hər bir kluba və RVK-ya fəaliyyətlərində uğurlar arzu edilib.


Bənzər xəbərlər

0 “Gəncə” voleybol klubu rusiyalı oyunçu ilə yollarını ayırıb

“Gəncə” voleybol klubu rusiyalı oyunçu ilə yollarını ayırıb

personAdmin 06-01-24, 16:11

“Gəncə” voleybol klubu daha bir oyunçu ilə yollarını ayırıb. Klubdan Sportaze.az saytına verilən məlumata görə,...

0 2026-cı ildə voleybol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək

2026-cı ildə voleybol üzrə Avropa çempionatı Azərbaycanda

personAdmin 12-03-24, 16:49

Azərbaycan qadın voleybolçular arasında Avropa çempionatına (CEV EuroVolley Women) ev sahibliyi edəcək. Bu barədə...

0 Kişi voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk oyunlarının vaxtı müəyyənləşib

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ilin

personAdmin 10-01-24, 15:12

Kişi voleybolçular arasında Azərbaycan çempionatında 2024-cü ilin ilk oyunlarının vaxtı müəyyənləşib. Sportaze.az...

menu
menu