SPORTAZE » VOLEYBOL » Federasiya rəhbərliyi Gəncədə gənc voleybolçularla görüşüb

Federasiya rəhbərliyi Gəncədə gənc voleybolçularla görüşüb

Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev və baş katib Faiq Orucov Gəncə Regional Voleybol Klubunun (GRVK) gənc və yeniyetmə oyunçuları ilə görüşüblər.

Sportaze.az AVF-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində reallaşan toplantıda klubun rəhbəri Pərviz Qədirov, federasiyanın və GRVK-nın digər əməkdaşları da iştirak ediblər.

AVF rəsmiləri burada təşkil olunan məşqləri izləyiblər, GRVK-nın vəziyyəti, idmançılara yaradılan şərait ilə tanış olublar.

Onlar ölkədə voleybolun daha da inkişaf etdirilməsi istiqamətində görülən və nəzərdə tutulan işlər haqqında məlumat veriblər. Qonaqlar gənc və yeniyetmə voleybolçulara tövsiyələr veriblər, onlara bu yolda uğurlar arzulayıblar.


Bənzər xəbərlər

0 “Gəncə” klubunun Müşahidə Şurasının sədri Müşfiq Cəfərov yeni vəzifəyə təyin olunub

“Gəncə” klubunun Müşahidə Şurasının sədri Müşfiq Cəfərov

personAdmin 06-03-24, 12:50

“Gəncə” voleybol klubunun Müşahidə Şurasının sədri Müşfiq Cəfərov yeni vəzifəyə təyin olunub. Sportaze.az xəbər verir...

0 Voleybol üzrə Azərbaycan çempionatı: Lider ili qələbə ilə başa vurub

Voleybol üzrə Azərbaycan çempionatı: Lider ili qələbə ilə

personAdmin 19-12-23, 20:43

Qadın voleybolçular arasında Azərbaycan çempionatında 2023-cü ilin son oyunları keçirilib. Sportaze.az xəbər verir ki,...

0 Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi bəlli olub

Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının

personAdmin 23-04-24, 18:47

Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi müəyyənləşib. Sportaze.az saytının məlumatına görə, Bakı...

menu
menu